Azərbaycanda metanolun istehsalı 2 dəfə artıb - CƏDVƏL

Azərbaycanda metanolun istehsalı 2 dəfə artıb - CƏDVƏL
# 15 avqust 2022 14:30 (UTC +04:00)

Bu ilim yanvar-iyul aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1 339,4 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economcs”ə verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2 dəfə, kimya sənayesi məhsullarının istehsalında 18%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 9,5% artıb.

Məlumata görə, hesabat dövründə ezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 51,9%, kimya məhsullarından metanol (metil spirti) istehsalı 2,1 dəfə, lak-boya məmulatlarının istehsalı 11,9% artıb, məsaməli polistirol lövhələr və zolaqların istehsalı isə 18,2% azalıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2022-ci il, yanvar-iyul

2021-ci ilə müvafiq göstəricisinə nisbətən, %

Azot, min kubmetr

13 366,1

102,7

ondan əmtəəlik

688,7

160,6

Yod, ton

103,7

106,7

Oksigen, min kubmetr

3 051,6

54,2

ondan əmtəəlik

2 795

49,8

Propilen, min ton

68,3

83,6

ondan əmtəəlik

65,5

85,7

Polietilen, min ton

70,9

75,7

Etilen, min ton

72,7

76,2

Metanol (metil spirti), min ton

314,6

2,1 dəfə

Lak-boya məmulatları, ton

16 987,8

111,9

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

29 882,3

119,9

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR