Azərbaycanda metanolun istehsalı 2,2 dəfə artıb

Azərbaycanda metanolun istehsalı 2,2 dəfə artıb
  • Clock-gray 13:44
  • calendar-gray 19 Oktyabr 2019

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 760,6 mln. manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kimya sənayesində 20,6%, rezin və plastik kütlə məmulatlarının istehsalında 26,1%, əczaçılıq məhsullarının istehsalında isə 12,6% artım olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əsas kimya məhsullarından metanolun istehsalı 2,2 dəfə, lak-boya məmulatlarının istehsalı 79,6%, propilen istehsalı 59,2%, etilen istehsalı 14,5%, yod istehsalı 5,4% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

 

2019-cu ilin yanvar-sentyabr aylarında istehsal edilib

 

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

 

Azot, min kub metr

17 047,4

94,9

ondan əmtəəlik

724,5

44,5

Yod, ton

144,3

105,4

Oksigen, min kub m

2 588,1

69,9

ondan əmtəəlik

2 540,4

71,5

Propilen, min ton

74,7

159,2

ondan əmtəəlik

74,4

184,6

Polietilen, min ton

76,9

92,4

Etilen, min ton

98

114,5

Metanol (metil spirti), min ton

277,4

2,2 d.

Lak-boya məmulatları, ton

17 832

179,6

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

19 909,4

158,4

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date