Azərbaycan metanol istehsalını kəskin artırıb

Azərbaycan metanol istehsalını kəskin artırıb
# 18 iyul 2019 15:59 (UTC +04:00)

Azərbaycanda bu ilin yanvar-iyun aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 534,5 mln. manatlıq məhsul istehsal edilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 5,7%, kimya sənayesində 30,4%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 30,8% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 86,8%, propilen istehsalı 57% etilen istehsalı 18,7%, yod istehsalı 7,5%, polietilen istehsalı 1,2% artıb.

Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2019-cu ilin yanvar-iyun aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Azot, min kub metr

11 359,1

93,2

ondan əmtəəlik

530,5

39,6

Yod, ton

94,2

107,5

Oksigen, min kub m

1 749,6

67,8

ondan əmtəəlik

1 716,2

69,3

Propilen, min ton

52,5

157

ondan əmtəəlik

52,4

1,9 dəfə

Polietilen, min ton

59,2

101,2

Etilen, min ton

71,5

118,7

Metanol (metil spirti), min ton

188,7

5 dəfə

Lak-boya məmulatları, ton

11 076,7

186,8

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

11 377,4

150,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR