Azərbaycanda neft hasilatı 4,6 % azalır, qaz hasilatı 6,2 % artır

Azərbaycanda neft hasilatı 4,6 % azalır, qaz hasilatı 6,2 % artır
# 31 oktyabr 2022 18:04 (UTC +04:00)

Gələn il Azərbaycanda neft hasilatı 4,6 % azalacaq.

APA xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Rəydə qeyd edilib ki, əmtəəlik qaz hasilatının isə 6,2 % artacağı proqnozlaşdırılıb. Qaz hasilatının artımı hesabına neft-qaz sektoru üzrə ÜDM-də artım proqnozlaşdırılır.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun proqnozlarına əsasən, növbəti ildə ölkə iqtisadiyyatında təxminən 2,5 % ətrafında artım proqnozlaşdırılır və bu da Azərbaycanın rəsmi proqnozları ilə üst-üstə düşür.

Pandemiyadan sonrakı dövrdə qeydə alınmış kumilyativ artımın isə 2023-cü ildə 12,2 %-ə yüksələcəyi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR