Azərbaycanda ötən il 3,3 ton qızıl hasil edilib

Azərbaycanda ötən il 3,3 ton qızıl hasil edilib
# 18 yanvar 2022 15:31 (UTC +04:00)

Ötən il Azərbaycanda 3 347,4 kq qızıl hasil edilib ki, bu da 2020-ci il ilə müqayisədə 6,3% azıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir. Təkcə dekabrda 150,5 kq qızıl istehsal olunub ki, bu da noyabr ayı ilə müqayisədə 2,1 dəfə azdır.

2021-ci ildə ölkədə 4 859,6 kq gümüş istehsal edilib ki, bu da 2020-ci ilə müqayisədə 12,7% çoxdur. Təkcə dekabrda isə 159,5 kq gümüş hasil olunub ki, bu da noyabr ayı ilə müqayisədə 4,7 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR