Azərbaycanda ötən il əhali yanacağa 3 mlrd. manata yaxın vəsait xərcləyib

Azərbaycanda ötən il əhali yanacağa 3 mlrd. manata yaxın vəsait xərcləyib
# 18 yanvar 2023 11:35 (UTC +04:00)

Ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 768,7 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2021-ci ilin göstəricisini 7,9% üstələyir.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR