Azərbaycanda ötən il qaz istehlakı 12%-dək artıb

Ruslan Əliyev

© APA | Ruslan Əliyev

# 14 yanvar 2022 11:34 (UTC +04:00)

Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi səbəbindən ölkədə qaz istehlakı kəskin artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, "Azəriqaz" 2021-ci ildə 7,52 mlrd. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 774 mln. kubmetr və ya 11,5% çoxdur.

İB rəsmisi qeyd edib ki, keçmiş illərlə müqayisədə ən çox qaz ötən il qəbul olunub.

R. Əliyev onu da bildirib ki, istehlak olunan qazın 5,43 mlrd. kubmetri əhali xətləri üzrə olub, 2,1 mlrd. kubmetr isə sənaye xətlərinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR