Azərbaycanda qaz hasilatı 15% artıb

Azərbaycanda qaz hasilatı 15% artıb
# 10 iyun 2022 12:41 (UTC +04:00)

Bu ilin 5 ayında operativ məlumatlara əsasən hasil edilmiş 13,9 mln. ton neftin 11,4 mln. tonu ixraca nəql edilib.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Qeyd edək ki, 2021-ci ilin müvafiq dövründə Azərbaycanda 14,3 mln. ton neft hasil edilib, bunun da 14,3 mln. tonu ixrac edilib, nəticədə, bu ilin yanvar-may aylarında neftin hasilatı və ixracı illik müqayisədə 400 min ton azalıb.

“Ötən ilin eyni dövrü ilə müqayisədə 15,3% artımla hasil edilmiş 19,6 mlrd. kubmetr qazın 9,4 mlrd. kubmetri ixrac olunub”, - paylaşımda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR