Azərbaycanda qaz kondensatının istehsalı 6% azalıb

Azərbaycanda qaz kondensatının istehsalı 6% azalıb
# 03 fevral 2023 12:00 (UTC +04:00)

Ötən il Azərbaycan 5 019,33 min ton qaz kondensatı hasil edib ki, bu da illik müqayisədə 6,04% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ildə ölkədə 5 342,1 min ton qaz kondensatı istehsal edilib.

Məlumata əsasən, hesabat dövründə Azərbaycanda istehsal edilən qaz kondensatın 4 987,89 tonu əmtəəlik məhsulun payına düşüb ki, bu da illik müqayisədə 6,3% azdır. Belə ki, 2021-ci ildə bu göstərici 5 324,5 min ton səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR