Azərbaycanda qızıl istehsalı 23% azalıb

Azərbaycanda qızıl istehsalı 23% azalıb
# 18 iyun 2022 10:46 (UTC +04:00)

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 1116,7 kiloqram qızıl istehsal edilib.

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 22,7% azdır.

Bu dövrdə gümüş istehsalı 21% artaraq 2494,9 kiloqrama bərabər olub. Ümumilikdə qiymətli metal filizləri və konsentratlarının istehsalı 3% artaraq 3611,6 kiloqram təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR