Azərbaycanda rəqabətli enerji bazarının tam qurulması 5 il vaxt aparacaq

Azərbaycanda rəqabətli enerji bazarının tam qurulması 5 il vaxt aparacaq
  • Clock-gray 13:16
  • calendar-gray 18 Noyabr 2019

Azərbaycanda 2025-ci ildə rəqabətli enerji bazarı tam qurulacaq.

"APA-Economucs"in məlumatına görə, bu barədə Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) İdarə Heyətinin sədri Samir Axundov "Jurnalistlər üçün biliklər və anlayışlar" adlı təlimdə jurnalistlərin suallarına cavab verərkən bildirib.

Onun sözlərinə görə, bazarın liberallaşdırılması prosesinin birinci mərhələsinə artıq 2021-ci ildə start veriləcək: “Bazarın liberallaşdırılması çərçivəsində elektrik enerjisinin istehsalı və ötürülməsi, paylaşdırılması və satışı sahələrinin ayrılmasını nəzərdə tutulur. Rəqabətli bazarın yaradılması bazara yeni subyektlərin daxil olmasını nəzərdə tutur ki, bunlar həm özəl şirkət və investorlar, həm də dövlət şirkətləri ola bilər”.

Bazarda fəaliyyət göstərəcək şirkətlərin sayı məsələsinə toxunan S. Axundov qeyd edib ki, bu məsələdə effektivliyin təmin edilməsinə önəm veriləcək və bazarda işləyəcək şirkətlərin sayı bu məsələnin təmin olunmasından asılı olacaq.

Bundan əlavə, S. Axundovun sözlərinə görə, elektrik enerji bazarının liberallaşdırılması prosesi zamanı elektrik stansiyalarının özəlləşdirilməsi məsələsi də gündəmə gələr bilər.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date