Azərbaycanda sənaye istehsalı 1,7% artıb

Azərbaycanda sənaye istehsalı 1,7% artıb
# 16 oktyabr 2019 12:31 (UTC +04:00)

Sənaye müəssisələri və bu sahədə Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-sentyabr aylarında 34,7 mlrd. manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6% artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə sənaye məhsulunun 69,9%-i mədənçıxarma sektorunda, 25,2%-i emal sektorunda, 4,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 2,8% azalıb, əmtəəlik qaz hasilatı isə 29,3% artıb.

Bu ilin doqquz ayında ölkənin emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 99%, tütün məmulatlarının istehsalı 78,5%, hazır metal məmulatlarının istehsalı 78,1%, kompüter, elektron və optik məhsulların istehsalı 77,2%, içkilərin istehsalı 40,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 39,2%, mebel istehsalı 29,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 28,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,1%, kağız və karton istehsalı 25%, kimya sənayesi məhsullarının istehsalı 20,6%, qida məhsullarının istehsalı 15,1%, əczaçılıq məhsullarının istehsalı 12,6%, poliqrafiya məhsullarının istehsalı 11,8%, geyim istehsalı 10,6%, tikinti materiallarının istehsalı 4,2%, maşın və avadanlıqların istehsalı 1,8% artıb, neft məhsullarının istehsalı 1%, elektrik avadanlıqlarının istehsalı 8,5%, sair nəqliyyat vasitələrinin istehsalı 11,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 14,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 32,2% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,5%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 7,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR