Azərbaycanda sənaye istehsalı cüzi azalıb

Azərbaycanda sənaye istehsalı cüzi azalıb
# 13 sentyabr 2022 12:18 (UTC +04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 56,1 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlər Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektorunda məhsul istehsalı 1,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9 faiz artıb.

Məlumata görə, sənaye məhsulunun 75,5 faizi mədənçıxarma sektorunda, 20,6 faizi emal sektorunda, 3,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Qeyd olunur ki, mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,2 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 11,3 faiz artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR