Azərbaycanda SES-də elektrik enerjisinin istehsalı kəskin artıb

Azərbaycanda SES-də elektrik enerjisinin istehsalı kəskin artıb
# 12 avqust 2022 12:38 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 300 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 2,9% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 14 789 mln. kVt-saat təşkil edib (+2,9%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 13 586,8 mln. kVt-saat istilik (+0,9%), 1 146,8 mln. kVt-saat su elektrik (+33,8%) stansiyaların payına düşüb.

Qeyd edək ki, ölkədə istehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR