Azərbaycanda sığorta depozitləri 36 faizdən çox artıb

Azərbaycanda sığorta depozitləri 36 faizdən çox artıb
# 13 avqust 2022 12:48 (UTC +04:00)

Azərbaycanda sığortaya yatırılan vəsaitlər 36,2% artıb.

APA-Economics” xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığorta şirkətləri vasitəsilə toplanılan həyatın yaşam sığortası üzrə yığımların həcmi 191,6 milyon manata çatıb. Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 50,9 milyon manat artıb. Belə ki, 2021-ci ilin ilk yarısında həyat sığorta şirkətləri 140,6 milyon manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93,2%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 88,6% təşkil etmişdi.

Bu ilin ilk yarısında həyatın yaşam sığortası üzrə ödənişlər isə 41% azalaraq 81,3 milyon manata düşüb. 2021-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 137,7 milyon manat təşkil etmişdi.

Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR