Azərbaycanda son beş ildə qaz hasilatı 73% artıb - S&P

Azərbaycanda son beş ildə qaz hasilatı 73% artıb - S&P
# 22 yanvar 2022 11:26 (UTC +04:00)

Azərbaycanda 2017-2021-ci illər ərzində qaz hasilatı təxminən 73% artıb.

Bu barədə "APA-Economics" "S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir.

Hesabatda bildirilir ki, 2025-ci il üçün bu göstərici daha 20% artacaq: “Buna baxmayaraq, hasilatın artımını nəzərə alsaq da, ortamüddətli perspektivdə neftin 80%-ə yaxın töhfəsi ilə müqayisədə qaz ixracı Azərbaycan iqtisadiyyatında nisbətən cüzi rol oynayacaq və karbohidrogen ixracının təxminən 20%-ni təşkil edəcək”.

Hesabatda vurğulanır ki, Avropada qazın spot qiymətləri rekord həddə çatsa da, Azərbaycan bundan qismən faydalanacaq, çünki ölkənin qaz müqavilələrinin əksəriyyəti uzunmüddətlidir və qiymətlər neftə bağlıdır.

Qeyd edək ki, Azərbaycan qazı Avropaya Cənubi Qafqaz, Ttans-Anadolu (TANAP və Trans-Adriatik (TAP) qaz kəmərləri ilə nəql olunaraq çatdırılır. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti olan TAP ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanan Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR