Azərbaycanda Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradılacaq

Azərbaycanda Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradılacaq
# 22 iyun 2022 16:23 (UTC +04:00)

Azərbaycanda Yaşıl Enerji Zonası Nümayiş Pavilyonu yaradılacaq.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi aidiyyəti qurumlarla birlikdə 2023-2024-cü illərdə Yaşıl Enerji Zonası Nümayiş Pavilyonunun yaradılması üçün ərazinin seçilməsi və layihənin hazırlanması, layihənin razılaşdırılması, Pavilyonun tikintisini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR