Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 17%-dən çox artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 17%-dən çox artırıb
# 12 avqust 2022 14:44 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 37 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 17,5% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə küləklə işləyən stansiyalar tərəfindən 18,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (-65,7%).

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda 15 300 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 2,9% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 14 789 mln. kVt-saat təşkil edib (+2,9%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR