Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 23% artırıb

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı 23% artırıb
# 17 iyun 2022 16:42 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 16,9 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 55,4% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən 24,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+23%).

Xatırladaq ki, ötən il ölkədə küləklə işləyən stansiyalar 89 mln. kVt-saat elektrik enerjisi istehsal edib, bu da illik müqayisədə 6,7% azdır. 2021-ci ildə günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 54,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (+18,3%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR