Azərbaycandakı külək elektrik stansiyaları istehsalı 2 dəfə artırıb

Azərbaycandakı külək elektrik stansiyaları istehsalı 2 dəfə artırıb
# 20 noyabr 2019 14:09 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 92,4 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-sentyabrda günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 37,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (7,7%-lik artım).

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında 19,9 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 4,7% çoxdur. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 17,7 mlrd. kVt-saat istilik (6,1%-lik artım), 1,38 mlrd. kVt-saat su elektrik (9,6%-lik azalma) stansiyaların payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR