Azərbaycandaki sənaye zonalarından indiyədək 2,9 mlrd. manatlıq məhsul ixrac olunub

Azərbaycandaki sənaye zonalarından indiyədək 2,9 mlrd. manatlıq məhsul ixrac olunub
# 31 yanvar 2023 12:26 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyədək ümumilikdə 8,8 mlrd. manatdan çox məhsul istehsal edilib, bunun 2,9 mlrd. manatlıq hissəsi (təqribən 33%-ə yaxın hissəsi) ixrac olunub.

İqtisadi Zonaların İnkişafı Agentliyinindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ildə sənaye zonalarının rezidentləri tərəfindən 2,9 mlrd. manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 mlrd. manatı ixracın payına düşür.

“2021-ci illə müqayisədə satış 22,7%, ixrac isə 13% artıb. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% təşkil edib”, - məlumatda qeyd olunur.

Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Çin, Hindistan, İsrail, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. ölkələrə) ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR