Azərbaycandan Avropaya bu il 9 mlrd. kubmetrdən çox qaz ixrac olunub

Azərbaycandan Avropaya bu il 9 mlrd. kubmetrdən çox qaz ixrac olunub
# 11 noyabr 2022 12:43 (UTC +04:00)

Yanvar-oktyabr aylarında Azərbaycanda qaz ixracı 18,2% artıb, bu da illik müqayisədə 17,4% çoxdur.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Twitter” hesabında paylaşım edib.

Paylaşımda qeyd olunur ki, hesabat dövründə Avropaya 9,3 mlrd. kubmetr, Türkiyəyə 6,9 mlrd. kubmetr, Gürcüstana isə 2 mlrd. kubmetr qaz ixrac olunub.

Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR