Azərbaycandan bu il 18 mln. tona yaxın neft ixrac olunub  

Azərbaycandan bu il 18 mln. tona yaxın neft ixrac olunub  
# 12 sentyabr 2022 14:39 (UTC +04:00)

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 21,8 mln. ton neft (kondensatlabirlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, neft hasilatının 13,8 mln. tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,9 mln. tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb. Hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 5,1 mln. ton təşkil edib.

Hesabat dövründə 17,6 mln.ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,6 mln. tona yaxını konsorsiumun, 1 mln. tonu isə SOCAR-ın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR