Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı kəskin artıb

Azərbaycandan Gürcüstana elektrik enerjisi ixracı kəskin artıb
  • Clock-gray 12:15
  • calendar-gray 20 Avqust 2019

Bu ilin iyul ayında Azərbaycan Gürcüstana 93 747 462,3 KvS elektrik enerjisi ixrac edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Təchizatının Market Operatorunun (ESCO) hesabatında məlumat verilib. Ötən ilin iyul ayında isə idxal edilən elektrik enerjisinin həcmi 1 139 930,5 KvS olub. İyulda idxalın kəskin artması Gürcüstanda elektrik enerjisi istehsalının yerli tələbatı ödəyə bilməməsi ilə əlaqələndirilib.

Cari ilin ilk yeddi ayı ərzində isə Azərbaycan Gürcüstana ümumilikdə 609 297 797,5 KvS elektrik enerjisi ixrac edib. Ötən ilin analoji dövründə isə ixrac edilən elektrik enerjisinin həcmi 517, 768, 437,5 KvS təşkil edib.

2019-cu ilin yanvar-iyull ayları ərzində Gürcüstan ümumilikdə 716,02 milyon KvS elektrik enerjisi idxal edib ki, bunun da 89,57%-i Azərbaycanın payına düşüb.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date