Azərbaycandan Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılacaq

Azərbaycandan Türkiyəyə qaz nəqli müvəqqəti dayandırılacaq
# 25 iyul 2022 15:09 (UTC +04:00)

Avqust ayında Azərbaycan qazının Cənubi Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Türkiyəyə nəqli qaz kəmərinə texniki xidmət göstərilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılacaq.

APA-Economics” “BOTAŞ”ın yaydığı məlumata istinadən xəbər verir ki, avqustun 14-dən 28-dək Şahdəniz-Türkiyə qaz kəmərində aparılacaq planlı texniki xidmət və təmir işləri ilə əlaqədar Türkgözü giriş məntəqəsindən Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə təbii qazın verilməsi 14 gün ərzində mümkün olmayacaq.

Bildirilir ki, planlaşdırılan cari texniki qulluq və təmir işləri zamanı ölkənin qazpaylayıcı şəbəkəsində tələb və təklif balansında hər hansı problem gözlənilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR