Azərbaycanın Avropaya təbii qaz tədarükünün artırılması müzakirə olunub

Azərbaycanın Avropaya təbii qaz tədarükünün artırılması müzakirə olunub
# 19 sentyabr 2022 18:22 (UTC +04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Belçika Krallığının energetika naziri Tinne Van der Straten ilə enerji əməkdaşlığına dair müzakirələr aparıb.

"APA-Economics" xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında yazıb.

O qeyd edib ki, görüşdə Yeni Enerji Tərəfdaşlığı sənədi çərçivəsində Avropaya təbii qaz tədarükünün artırılması və Xəzərin külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR