Nazirlik: Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialı 27 min MVt-a yaxındır

Nazirlik: Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialı 27 min MVt-a yaxındır
# 09 iyul 2019 15:16 (UTC +04:00)

Azərbaycanın iqtisadi cəhətdən əlverişli, texniki cəhətdən isə istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt-dır.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, belə ki, ölkənin külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir.

"Azərbaycan – bərpa olunan enerji mənbələri yüksək potensialına malik olan ölkələrdəndir", - məlumatda bildirilir.

Qeyd edək ki, 2018-ci ildə respublika üzrə istehsal edilmiş elektrik enerjisi 25,2 mlrd. kVt-saat olmuşdur ki, onun da 2,04 mlrd. kVt-saat bərpa olunan enerji mənbələrinin payına düşüb. İl ərzində külək elektrik stansiyalarında 85,7 mln. kVt-st, günəş elektrik stansiyalarında 39,3 mln. kVt-st, bərk məişət tullantılarının yandırılması zavodunda isə 162,3 mln. kVt-st elektrik enerjisi istehsal olunub. Bərpa olunan enerji mənbələrindən istehsal olunmuş elektrik enerjisi ümumi istehsalın 8,1%-ni təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR