Azərbaycanın bu il neft ixracından gəlirləri 63% artıb

Azərbaycanın bu il neft ixracından gəlirləri 63% artıb
# 16 avqust 2022 17:59 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xaricə 12 397 710,22 min ABŞ dolları dəyərində 16 414 905,12 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə "APA-Economics" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,04% azalsa da, dəyəri 63,4% artıb.

Qeyd edək ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR