Azərbaycanın bu il qara metal ixracından gəlirləri 53% artıb

Azərbaycanın bu il qara metal ixracından gəlirləri 53% artıb
# 23 may 2022 17:38 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 48 190,25 min ABŞ dolları dəyərində 52 840,16 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 53,2% artıb, həcmi isə 7,7% artıb.

Məlumata görə, hesabat dövründə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,99% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 116 236,29 min ABŞ dolları dəyərində 147 712,14 ton qara metallar və onlardan hazırlanan məmulatları ixrac edib. Ötən il Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 80,2%, həcmi isə 2,2 dəfə artıb. 2021-ci ildə qara metalın ümumi qeyri-neft sektoru üzrə ixracda payı 4,28% təşkil edib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR