Azərbaycanın Gürcüstana neft məshulları ixracı artıb

Azərbaycanın Gürcüstana neft məshulları ixracı artıb
  • Clock-gray 12:38
  • calendar-gray 19 İyun 2019

Azərbaycanın Gürcüstana neft və neft məhsulları ixracı artıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisinin hesabatında bildirilib. Qeyd olunub ki, bu ilin yanvar-may ayları ərzində Azərbaycandan bu ölkəyə 43 milyon 215 min ABŞ dolları həcmində 77 min 294.2 ton neft və neft məhsulları ixrac edilib. Ötən ilin analoji dövründə isə  68 min 935.6  ton həcmində ixrac edilən bu məhsulların ümumi dəyəri   41 milyon 333 min ABŞ dolları təşkil edib.

Hesabatda qeyd olunub ki, Azərbaycandan idxal edilən elektrik enerjisinin dəyərində nisbətən azalma qeydə alınıb. Belə ki, cari ilin yanvar-may ayları ərzində Gürcüstan Azərbaycandan 26 milyon  274 min 100 ABŞ dolları dəyərində, ötən ilin hesabat dövründə isə 26 milyon 511 min 400 ABŞ dolları dəyərində elektrik enerjisi alıb.

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date