Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 14%-dən çox azalıb

Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 14%-dən çox azalıb
# 05 iyun 2023 13:18 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 267 400,4 min manat təşkil edib, bu da illik müqayisədə 13,6% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 309 395,3 min manat səviyyəsində olub.

Qeyd edək ki, cari ilin birinci rübündə magistral neft kəmərləri ilə 9 500,8 min ton neft nəql edilib. Nəqletmənin 76,3%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və cari ilin yanvar-mart ayları ərzində bu kəmər vasitəsilə 7 244,5 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,9%-ni və ya 6223,7 min tonunu Azərbaycanda hasil edilən neft, 14,1%-ni və ya 1 020,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 238 913,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,4% çoxdur.

Ötən il Azərbaycanda magistral neft kəmərləri ilə 37 781,5 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 7,9% çoxdur. 2022-ci ildə nəqletmənin 78,7%-i BTC kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 29 749,6 min ton neft ötürülüb (2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 12,6% çox). Hesabat dövrü ərzində BTC kəməri ilə 5103,9 min ton tranzit nefti də (illik müqayisədə 41,8% çoxdur) nəql edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR