Azərbaycanın magistral qaz kəmərlərində gəlirləri kəskin artıb

Azərbaycanın magistral qaz kəmərlərində gəlirləri kəskin artıb
# 07 iyun 2022 17:31 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 569 903,6 min manat təşkil edib, bu da illik müqayisədə 20,4% artım deməkdir.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin yanvar-mart aylarında sözügedən göstərici 473 248,4 min manat səviyyəsində olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 10 769,6 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,7% çoxdur.

Qaz nəqlinin 46,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə, bu kəmərlə 5 026,1 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7%-lik artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR