Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri 12%-dən çox artıb

Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri 12%-dən çox artıb
# 05 iyun 2023 13:19 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 640 251,9 min manat təşkil edib, bu da illik müqayisədə 12,3% artım deməkdir.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 569 903,6 min manat səviyyəsində olub.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 520,3 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 7% çoxdur.

Qaz nəqlinin 47,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 5 511,4 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,7 %-lik artım).

Qeyd olunan boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Xatırladaq ki, ötən il Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 2 328 243,1 min manat təşkil edib, bu da illik müqayisədə 25,7% artım deməkdir.

Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 240,2 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 11,8% çoxdur. 2022-ci ildə qaz nəqlinin 53%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 20 803,7 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin göstəricisi ilə müqayisədə 18,01%-lik artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR