Azərbaycanın maye qazın ixracından gəlirləri kəskin azalıb

Azərbaycanın maye qazın ixracından gəlirləri kəskin azalıb
# 17 noyabr 2022 11:14 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 14 140,8 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 73,5% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 4 695,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 69,3% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR