Azərbaycanın metallurgiya sənayesi 26% artıb

Azərbaycanın metallurgiya sənayesi 26% artıb
# 18 iyul 2022 13:40 (UTC +04:00)

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 2022-ci ilin yanvar-iyun aylarında 821,4 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 47,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 26,0 faiz artım müşahidə olunub.

2022-ci ilin yanvar-iyun aylarında polad boruların istehsalı 2,1 dəfə, armaturun istehsalı 88,9 faiz, polad tökmə istehsalı 55,9 faiz artıb. Hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 17155,3 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR