Azərbaycanın neft ixracından gəlirləri 60%-dən çox artıb

Azərbaycanın neft ixracından gəlirləri 60%-dən çox artıb
# 16 sentyabr 2022 10:30 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan xaricə 13 724 349,31 min ABŞ dolları dəyərində 17 983 700,5 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə "APA-Economics" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,2% azalsa da, dəyəri 61,5% artıb.

Qeyd edək ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR