Azərbaycanın neft-qaz sektoruna bu il sərmayələr azalıb

Azərbaycanın neft-qaz sektoruna bu il sərmayələr azalıb
# 12 avqust 2022 18:06 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın neft-qaz sektoruna 2 724,3 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 12,7% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 121,1 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR