Azərbaycanın neft-qaz sektoruna sərmayələr 10% azalıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 10% azalıb
# 15 sentyabr 2022 14:07 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın neft-qaz sektoruna 3 249,8 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 10,3% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 3 622 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR