Azərbaycanın neft-qaz sektoruna sərmayələr azalıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr azalıb
# 17 iyun 2022 14:08 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın neft-qaz sektoruna 1 810 mln. manat həcmində vəsait yönəldilib ki, bu da illik müqayisədə 20,9% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 287,9 mln. manat səviyyəsində olub.

Xatırladaq ki, ötən il Azərbaycanın neft-qaz sektoruna 5 765,5 mln. manat həcmində vəsait yönəldilib, bu da illik müqayisədə 6,9% azalma deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR