Azərbaycanın "OPEC+" çərçivəsində iyunda nə qədər neft hasil edəcəyi məlum olub - YENİLƏNİB

Azərbaycanın "OPEC+" çərçivəsində iyunda nə qədər neft hasil edəcəyi məlum olub - YENİLƏNİB
# 05 may 2022 16:57 (UTC +04:00)

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən xəbərə görə, iyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barel artırılaraq 695 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barel həcmində olması nəzərdə tutulur.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilmiş qərarına əsasən gündəlik xam neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə artımı 2022-ci ilin may ayından tətbiq edilir.

***

16.37

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması məsələsi dəstəklənib.

APA-Economics”in verdiyi xəbər görə, bu barədə “OPEC”in rəsmi məlumatında qeyd olunub.

Məlumatda qeyd olunub ki, mayın 5-də videokonfrans vasitəsilə keçirilən OPEC və qeyri-OPEC Nazirlərinin 28-ci toplantısının yekunlarına görə, neft bazarın fundamental göstəricilərinin saxlanılması və proqnozlar üzrə konsensusun olması balanslaşdırılmış bazara işarə edir.

Vurğulanıb ki, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 29-cu iclasının 2 iyun tarixində keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, artım ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasda neft hasilatının baza göstəricilərinə qismən dəyişiklik edilməsi barədə əldə edilmiş razılaşmaya əsasən müəyyənləşdirilib.

Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin iyul ayında keçirilmiş 19-cu iclasında qəbul edilən razılaşmaya görə, avqustdan başlayaraq "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatının hər ay 400 min barel artırılması, 5,8 mln. barel həcmində ixtisarların 2022-ci ilin sentyabrında başa çatdırılması və gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə "Əməkdaşlıq Bəyannaməsi"nin müddətinin 2022-ci ilin sonunadək uzadılması nəzərdə tutulub. Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR