Azərbaycanın ötən il qaz ixracından gəlirləri 2,5 dəfə artıb

Azərbaycanın ötən il qaz ixracından gəlirləri 2,5 dəfə artıb
# 28 yanvar 2022 12:08 (UTC +04:00)

Ötən il Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.

Məlumata görə, ötən il təbii qaz Azərbaycanın ümumi ixracının 24,92%-ni təşkil edib.

Qeyd edək ki, artım Azərbaycan qazını Avropaya daşıyan ötən il dekabrın 31-də istismara verilən Trans-Adriatik boru kəməri (TAP) hesabıba baş verib. Bundan əlavə, dünya bazarlarında qazın bahalaşması da ixracdan əldə edilən gəlirlərə müsbət təsir edib.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə "mavi yanacağ"ın kommersiya məqsədli nəqlinə 2020-ci ilin dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR