Azərbaycanın ötən il qaz ixracından gəlirləri 2,7 dəfə artıb

Azərbaycanın ötən il qaz ixracından gəlirləri 2,7 dəfə artıb
# 25 yanvar 2023 15:25 (UTC +04:00)

Ötən il Azərbaycan 14 989 675,87 min ABŞ dolları dəyərində 18 965 213,42 min kubmetr təbii qaz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 5,4% azalıb, dəyəri isə 2,7 dəfə artıb.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.

Məlumata görə, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR