Azərbaycanın qaz kəmərlərindəki itkilərin azalması davam edir

Azərbaycanın qaz kəmərlərindəki itkilərin azalması davam edir
# 08 iyun 2022 12:34 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərlərində 13,1 mln. kubmetr itki olub, bu da illik müqayisədə 8,4% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2021-ci ilin müvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 14,3 mln. kubmetr təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 10 769,6 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 9,7% çoxdur. Qaz nəqlinin 46,7%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 5 026,1 mln. kubmetr qaz ötürülüb (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7%-lik artım).

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanda qaz kəmərlərində 48,4 mln. kubmetr itki olub, bu da illik müqayisədə 11% azdır.

Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 35 108,8 mln. kubmetr qaz nəql edilib ki, bu da illik müqayisədə 18,6% çoxdur. Qaz nəqlinin 50,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 17 618 mln. kubmetr qaz ötürülüb (2020-ci il ilə müqayisədə 43,6%-lik artım).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR