Azərbaycanın qızıl ixracından gəlirləri 28% azalıb

Azərbaycanın qızıl ixracından gəlirləri 28% azalıb
# 01 iyul 2022 12:20 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan 62,9 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib, bu da illik müqayisədə 28% azdır.

"APA-Economics"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən verdiyi məlumata görə, 2021-ci ilin eyni aylarında qızıl ixracının ümumi dəyəri 87,4 mln. dollar təşkil edib.

Məlumata görə, may ayında Azərbaycan 14,9 mln. dollarlıq qızıl ixrac edib ki, bu da illik müqayisədə 34,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR