Azərbaycanın sənaye zonaları üzrə ixrac kəskin artıb 

Mikayıl Cabbarov

© APA | Mikayıl Cabbarov

# 22 aprel 2022 14:46 (UTC +04:00)

Bu ilin ilk rübündə Azərbaycanda sənaye zonaları tərəfindən 662,7 mln. manat dəyərində məhsul satılıb və bu məbləğin 304,1 mln. manatı ixracın payına düşüb.

APA-Economics” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir əlavə edib ki, sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 81,4%, ixrac isə 153,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR