Azərbaycanın Türkiyədəki NEZ-i idxalı 20%-dən çox artırıb

Azərbaycanın Türkiyədəki NEZ-i idxalı 20%-dən çox artırıb
# 29 aprel 2022 16:49 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 1 606 307,291 ton neft idxal edib ki, bu da illik müqayisədə 21,2% çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2021-ci ilin yanvar-fevral aylarında zavod 1 324 897,522 ton neft idxal edib.

Məlumata əsasən, hesabat dövründə NEZ 68 260,032 ton yaxın neft məhsulları ixrac edib ki, bu göstərici 2021-ci ilin müvafiq göstəricisi ilə (228 210,289 ton) müqayisədə 70,1% azdır.

Xatırladaq ki, ötən il Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 10 012 616,23 ton neft idxal edib ki, bu da illik müqayisədə 1% çoxdur.

Hesabat dövründə NEZ 325 515,909 tona yaxın neft məhsulları ixrac edib ki, bu göstərici 2020-ci il ilə (1 547 816,26 ton) müqayisədə 4,76 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR