Azərbaycanın Türkiyədəki NEZ-i neft idxalını 21% artırıb

Azərbaycanın Türkiyədəki NEZ-i neft idxalını 21% artırıb
# 31 may 2022 17:56 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 2 566 620,552 ton neft idxal edib ki, bu da illik müqayisədə 21,1% çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinə (EPDK) istinadən verdiyi məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında zavod 2 119 375,099 ton neft idxal edib.

Məlumata əsasən, hesabat dövründə NEZ 68 260,032 ton yaxın neft məhsulları ixrac edib ki, bu göstərici 2021-ci ilin müvafiq göstəricisi ilə (295 370,681 ton) müqayisədə 4,3 dəfə azdır.

Xatırladaq ki, ötən il Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) 10 012 616,23 ton neft idxal edib ki, bu da illik müqayisədə 1% çoxdur.

Hesabat dövründə, NEZ 325 515,909 tona yaxın neft məhsulları ixrac edib ki, bu göstərici 2020-ci il ilə (1 547 816,26 ton) müqayisədə 4,76 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR