Azərbaycanla Əlcəzair arasında neft-qaz sahəsində memorandum təsdiq edilib

Azərbaycanla Əlcəzair arasında neft-qaz sahəsində memorandum təsdiq edilib
# 01 fevral 2023 17:41 (UTC +04:00)

2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Əlcəzair Xalq Demokratik Respublikası Hökumətinə bildiriş göndərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR