Azərbaycanla Şotlandiya arasında enerji keçidi ilə bağlı məsələlər müzakirə olunub

Michael Matheson-Pərviz Şahbazov

© APA | Michael Matheson-Pərviz Şahbazov

# 15 iyun 2022 18:10 (UTC +04:00)

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Şotlandiyanın enerji və nəqliyyat naziri Michael Matheson ilə görüşüb.

APA-Economics xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

O bildirib ki, görüşdə enerji keçidi ilə bağlı məsələlər müzakirə olunub.

"Neft-qaz məkanı Şotlandiyada "xalis sıfır", enerji və nəqliyyat naziri Michael Matheson ilə enerji keçidi ilə bağlı məsələləri müzakirə etdik. Azərbaycan və Şotlandiyanın enerjidə inkişaf yolu bir-birinə bənzəyir", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR