Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Türkmənistan arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub
# 06 iyul 2022 23:07 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Aşqabadda Türkmənistanın xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tərəflər enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə edib.

“Energetika sahəsində ikitərəfli əməkdaşlığın qurulmasının, enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılması sxemlərinin şaxələndirilməsinin vacibliyi vurğulanıb”, - deyə nazirlikdən bildirilib.

Bildirilib ki, Türkmənistan-Azərbaycan enerji əməkdaşlığında əlamətdar hadisə 2021-ci ilin yanvarında “Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimlənilməsi haqqında” Anlaşma Memorandumunun imzalanması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR